Главная > Dünya / Manset > Bayden: “Kabildə terror aktlarını İŞİD-in Xorasan qolu gerçəkləşdirib”

Bayden: “Kabildə terror aktlarını İŞİD-in Xorasan qolu gerçəkləşdirib”


27-08-2021, 08:59. Разместил: azadses
ABŞ prezidenti Co Bayden Əfqanıstan paytaxtında baş verən və 12 ABŞ hərbçisinin ölümünə səbəb olan terror aktları barədə mətbuata açıqlamalar verib.

TRT xəbər verir ki, dövlət başçısı partlayışların İŞİD-in Xorasan qolu tərəfindən törədildiyini bəyan edib.

O, hadisənin səbəbkarlarının tapılıb cəzalandırılması üçün ABŞ-ın əlindən gələni edəcəyinə söz verib.

Bayden həmçinin, bugünədək 70 mindən çox insanın təxliyə edildiyini və müvafiq əməliyyatın davam edəcəyini bildirib.


Вернуться назад