Главная > Dünya / Manset > ÜST: “Peyvəndin üçüncü dozasının faydası və təhlükəsizliyi təsdiq edilməyib”
ÜST: “Peyvəndin üçüncü dozasının faydası və təhlükəsizliyi təsdiq edilməyib”26-08-2021, 16:33. Разместил: azadses |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırki mərhələdə koronavirusa qarşı peyvəndin əlavə dozalarını tövsiyyə etməyə hazır deyil. TASS xəbər verir ki, bunu brifinqdə təşkilatın baş elmi işçisi Sumya Svaminatan bəyan edib. O, qeyd edib ki, ÜST-ün bu məsələdə mövqeyi elmi dəlillərə əsaslanır. Bu dəlillər isə, hələlik yetərincə deyil. Brifinq zamanı təşkilat sədri Tedros Adanom Qebreyesus da əlavə doza vaksinlərin tətbiq edilməsi məsələsinə toxunub. O, üçüncü dozanın faydası və təhlükəsiliyini şübhə altına alıb. “Peyvəndin gücləndirici üçüncü dozasının faydası barədə yekun rəy hələ ki, yoxdur. Biz onun təhlükəsiz olub-olmadığını da bilmirik”, -deyə Qebreyesus bildirib. Qurum rəhbəri ötən həftə ərzində dünya üzrə COVID-lə bağlı ölüm və yeni yoluxma hallarının yüksək səviyyədə sabitləşdiyini vurğulayıb. Onun sözlərinə görə, avqustun 16-22-də dünyada 4.5 milyondan çox yeni yoluxma və 68 indən çox ölüm halı qeydə alınıb. Вернуться назад |