Главная > Dünya / Manset > Moskvanın mərkəzində yerləşən mənzildən mumiyalanmış insan cəsədi aşkar edilib

Moskvanın mərkəzində yerləşən mənzildən mumiyalanmış insan cəsədi aşkar edilib


26-08-2021, 15:46. Разместил: azadses
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən mənzillərin birindən mumiyalanmış insan aşkar edilib.

Bu barədə “Moskva” xəbər agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, polis əməkdaşları mənzil açaraq içəriyə daxil olub və divana uzadılmış vəziyyətdə olan cəsəd aşkar ediblər.

İlkin məlumatlara görə, cəsəd üç ildən artıqdır ki, mənzildə olub.

Qalıqlar 1937-ci il təvəllüdlü şəxsə aiddir. Qonşuların dediyinə görə, mənzildə bir ildən çoxdur ki, heç kim yaşamır. Tapılan qalıqlar müayinə üçün morqa göndərilib.


Вернуться назад