Главная > Dünya / Manset > “YouTube”da əxlaqsız şərh yazan sevgilisindən ayrıldı
“YouTube”da əxlaqsız şərh yazan sevgilisindən ayrıldı26-08-2021, 11:42. Разместил: azadses |
Sosial xəbər saytı “Reddit”in istifadəçisi olan qadın internetdə əxlaqdan kənar sözlərdən istifadə edərək şərh yazan sevgilisi ilə münasibətlərinə son qoyduğunu bildirib. “The Mirror” qadının başına gələn hadisənin təfərrüatını yazıb. Belə ki, “YouTube”da izlədiyi videoya yazılan şərhlərə baxmaq qərarına gələn qadın istifadəçilərdən birinin ədəbsiz şərhinə rast gəlib. Yazılan şərhin profil fotosuna diqqət edən qadın orada sevdiyi şəxsin idarə etdiyi taksi avtomobilinin şəklini görüb. Fotonu telefonunun yaddaşında saxlayan qadın onu sevdiyi şəxsə göndərib. Kişi profildə olan fotonun onu idarə etdiyi taksiyə məxsus olduğunu təsdiqləsə də, əxlaqdan kənar şərhin onun tərəfindən yazılmadığını söyləyib. Belə olan halda hekayənin qəhrəmanı sevdiyi kişinin “YouTube” profilinə daxil olaraq yazılan şərhlərin tarixini yoxlamaq üçün icazə istəyib. Əsəbiləşib özündən çıxan kişi qadının bu istəyini rədd edib. Qadın isə həyatını tərbiyədən kənar şərh yazan kişi ilə bağlamaq istəmədiyini bildirib və münasibətlərə son verib. “Reddit”in istifadəçiləri qadını dəstəkləyib, kişini isə sərt tənqid ediblər. Вернуться назад |