Главная > Dünya / Manset > Kraliçanın mühafizəçisi xidmətə yeni qəbul edilən iki əsgəri zorlamaqda ittiham edilir

Kraliçanın mühafizəçisi xidmətə yeni qəbul edilən iki əsgəri zorlamaqda ittiham edilir


25-08-2021, 11:14. Разместил: azadses
Britaniyanın hüquq-mühafizə orqanları İngiltərə Kraliçası II Yelizavetanın mühafizəçisini cinsi təcavüzdə şübhəli bilərək həbs edib.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mənbənin əldə etdiyi məlumata əsasən, Koldstrim qvardiyasının zabiti işə yeni qəbul edilən iki mühafizəçiyə qarşı cinsi təcavüz aktı törədib.

Qeyd olunur ki, Koldstrim qvardiyasının əsgərləri hökumət üzvlərinin təhlükəsizliyini və mərasimlər zamanı sarayların mühafizəsini təşkil edir.

Hazırda şübhəli qismində saxlanılan şəxs vəzifəsindən uzaqlaşdırılıb.

İşin təfərrüatı məlum deyil.


Вернуться назад