Главная > Dünya / Manset > Türkiyənin ən yüksək buzlağı əriyir

Türkiyənin ən yüksək buzlağı əriyir


25-08-2021, 08:01. Разместил: azadses
İqlim dəyişikliklərinin özünü ən bariz şəkildə göstərdiyi ölkələrdən biri də Türkiyədir. Son aylarda ölkəni cənginə alan meşə yanğınları və sellər buna əyani sübutdur.

Bununla yanaşı, anomal istilər Türkiyədə daha bir nadir hadisəyə gətirib çıxarıb.

“Anadolu” xəbər verir ki, ölkənin ən yüksək buzlağı əriməyə başlayıb.

5137 metr yüksəklikdə olan Ağrı dağının zirvəsindəki “təkkə buzlağı” geniş ərazini əhatə edir. Onun əriməsi isə dağətəyi yaşayış məntəqələrini təhlükə altında qoyur.

Xatırladaq ki, 1840-cı ildə yaşanmış buzlaq qopması nəticəsində 1600 nəfər həlak olub.


Вернуться назад