Главная > Dünya / Manset > Dünyanın ən təhlükəsiz şəhərləri açıqlanıb

Dünyanın ən təhlükəsiz şəhərləri açıqlanıb


24-08-2021, 14:45. Разместил: azadses
“The Economist” nəşri dünya şəhərlərinin təhlükəsizlik indeksini açıqlayıb.

Builki siyahıya Danimarka paytaxtı Kopenhagen başçılıq edir. İlk üçlüyü Toronto (Kanada) və Sinqapur (Sinqapur) tamamlayır.

Həmçinin, Sidney (Avstraliya), Tokio (Yaponiya), Amsterdam (Niderland), Vellinqton (Yeni Zelandiya), Honq-Konq (Çin), Melburn (Avstraliya) və Stoklolm (İsveç) da dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır.

Reytinqin ən aşağı pillələrində isə Qahirə (Misir), Karakas (Venesuela) və Kəraçi (Pakistan) kimi şəhərlər qərarlaşıb.


Вернуться назад