Главная > Dünya / Manset > Britaniya kraliçası şahzadə Harri və Meqan Marklı məhkəməyə verir

Britaniya kraliçası şahzadə Harri və Meqan Marklı məhkəməyə verir


23-08-2021, 10:32. Разместил: azadses
Britaniya kraliçası II Yelizaveta peşəkar hüquqşünaslar komandasına müraciət edib.

Bu barədə “The Sun” məlumat yayıb.

Məlumata görə, kraliça şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklı məhkəməyə verməyə hazırlaşır.

İlk növbədə, hüquqşünaslar şahzadə Harrinin xatirələrini dərc etməyi planlaşdıran “Penguin Random House” nəşriyyatına xəbərdarlıq göndərəcək, hadisələrin sonrakı inkişafı isə bundan sonra müəyyənləşəcək.

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl Britaniya kral ailəsi üzvlüyündən imtina ediblər. Onlar dəfələrlə ailə üzvlərinə qarşı müəyyən ittihamlar səsləndiriblər.


Вернуться назад