Главная > Dünya / Manset > ABŞ Əfqanıstandan 17 min insan təxliyə edib
ABŞ Əfqanıstandan 17 min insan təxliyə edib22-08-2021, 14:48. Разместил: azadses |
ABŞ avqustun 14-dən etibarən Əfqanıstandan 17 min insan təxliyyə edib. “İzvestiya” nəşri xəbər verir ki, bu sözləri Pentaqonda keçirilən brifinqdə general Hank Taylor deyib. Brifinqdə həmçinin qeyd olunub ki, Əfqanıstan ordusu ABŞ tərəfinə hava zərbələrinin endirilməsi ilə bağlı müraciət etməyib. Daha əvvəl, ABŞ Prezidenti Co Bayden Əfqanıstanın paytaxtından mülki uçuşların bərpa edildiyini açıqlayıb. Bundan əlavə, o qeyd edib ki, ABŞ hərbi komandanlığı Kabil hava limanından mülki əhalinin təxliyyəsini başa çatdırandan sonra Amerika hərbi kontingenti Əfqanıstanı tam tərk edəcək. Вернуться назад |