Главная > Dünya / Manset > Rusiyada məhkumlar ruhi-əsəb dispanserindən qaçdılar

Rusiyada məhkumlar ruhi-əsəb dispanserindən qaçdılar


22-08-2021, 12:08. Разместил: azadses
Rusiyanın Buryatiya respublikasında yeddi məhkum ruhi-əsəb dispanserindən qaçış təşkil edib.

Bu barədə Buryatiya səhiyyə nazirliyinin “Facebook” səhifəsi məlumat yayıb.

Qaçış zamanı dispanserdə çalışan bir tibb işçisi xəsarət alıb.

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri (OMON), həmçinin respublikanın Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin rəhbər şəxsləri gəlib.

Artıq məhkumların axtarışlarına başlanılıb. Sakinlərə xəbərdarlıq edilib, onlara diqqətli olmaq və uşaqlarını nəzarətsiz qoymamaq tapşırılıb.


Вернуться назад