Главная > Dünya / Manset > Ata evə təlim qumbarası gətirdi: Ailə faciəsi yaşandı

Ata evə təlim qumbarası gətirdi: Ailə faciəsi yaşandı


22-08-2021, 11:21. Разместил: azadses
Rusiyanın paytaxtı Moskvada mənzildə qumbaranın partlaması nəticəsində bir ailənin üç üzvü faciəvi şəkildə həlak olub.

Bu barədə REN TV məlumat yayıb.

İlkin məlumatlara görə, ata yaşadığı mənzilə təlim qumbarası gətirib və onu şkafın üstünə qoyub.

Qısa müddət sonra evdə olan 12 və 14 yaşlı iki yeniyetmə qumbaranı götürərək onunla oynamağa başlayıb və nəticədə partlayış baş verib.

Partlayış nəticəsində ata və iki uşaq həlak olub.

Hadisə ilə bağlı Moskva şəhər prokurorluğu tərəfindən istintaq başlayıb.

Hadisə yerində hüquq -mühafizə orqanlarının əməkdaşları və müstəntiqlər işləyir.


Вернуться назад