Главная > Dünya / Manset > Ukraynada 60 yaşlı qadın üç kişini köləlikdə saxlayıb

Ukraynada 60 yaşlı qadın üç kişini köləlikdə saxlayıb


21-08-2021, 16:09. Разместил: azadses
Ukraynada qeyri-adi hadisə qeydə alınıb.

Ölkənin polis xidmətindən verilən məlumata görə, Volınsk vilayətinin Verbayev kəndində 60 yaşlı quldar qadın aşkar olunub.

Onun öz təsərrüfatında üç kişini kölə kimi işlətdiyi müəyyənləşdirilib. Qadın kişilərin sənədlərini əllərindən alaraq, onları öldürəcəyi ilə hədələyib. Tövlədə yaşayan kişilərə gördükləri iş müqabilində yalnız yemək verilib.

Polisdən hər üç şəxsin köləlikdən azad edildiyi bildirilib.

Qadınla bağlı isə cinayət işi açılıb. Onu 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Вернуться назад