Главная > Dünya / Manset > “Taliban” Əfqanıstanda konstitusiya dəyişikliyi hazırlayır

“Taliban” Əfqanıstanda konstitusiya dəyişikliyi hazırlayır


21-08-2021, 12:46. Разместил: azadses
“Taliban” radikal hərəkatı Əfqanıstan konstitusiyasında dəyişikliklər etməyə hazırlaşır.

Bu barədə “Afghanistan International” telekanalı məlumat yayıb.

Məlumata əsasən, dəyişikliklərin nəzərdə tutulan seçkilərədək həyata keçirilməsi planlaşdırılır.

Hərəkatın Qətərdəki siyası ofisinin nümayəndəsi Məhəmməd Şahin bildirib ki, hazırki konstitusiya mövcud şəraitə uyğun deyil.

Onun sözlərinə görə, “Taliban”ın ilkin vəzifəsi seçkilərin keçirilməsi yox, inklüziv hökumətin qurulmasıdır.


Вернуться назад