Главная > Dünya / Manset > Rusiya Dövlət Dumasına seçkilərdə 6 minə yaxın namizəd qeydə alınıb

Rusiya Dövlət Dumasına seçkilərdə 6 minə yaxın namizəd qeydə alınıb


20-08-2021, 09:57. Разместил: azadses
Rusiyada Dövlət Dumasına seçkilərdə namizəd qismində 6 minə yaxın şəxs qeydiyyata alınıb.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeydə alınanlardan təqribən 4 mini partiya siyahıları üzrə, 2 mini isə birmandatlı dairələrdən namizəddir.

Bütövlükdə, sentyabrın 19-da keçiriləcək seçkilərdə 90 mindən çox namizəd iştirak edəcək. Həmin günü federal parlamentin 450 yerdən ibarət aşağı palatası ilə yanaşı, regional parlamentlərin də tərkibi müəyyənləşəcək.


Вернуться назад