Главная > Dünya / Manset > Məşhur geyim brendləri Afrikaya ölüm gətirir
Məşhur geyim brendləri Afrikaya ölüm gətirir19-08-2021, 12:26. Разместил: azadses |
Zara, ASOS və H&M daxil olmaqla, təxminən 50 mass-market brendinin Afrika çaylarının çirklənməsindən məsul olduğu təsbit edilib “Reuters”in məlumatına görə, “Water Witness International” (WWI) tədqiqatçıları bu qənaətə gəliblər. Onların sözlərinə görə, paltar istehsalı zamanı su hövzələrinə atılan tullantılar Afrika üçün zərərli hala gəlib. Dünya brendləri vergi güzəştləri və ucuz işçi qüvvəsi əldə etmək üçün afrikalı podratçılardan geyim alırlar. Lakin WWI bu cür əməkdaşlığı təbiətə zərərli hesab edir. Tədqiqatçılar Afrikanın cənubundakı Lesoto şəhərində çayların cinslər üçün mavi boya ilə açıq şəkildə çirkləndiyini bildiriblər. Bundan başqa, Tanzaniyadan axan suyun turşu qələvi balansı (pH səviyyəsi) demək olar ki, ağardıcıya bərabər olub. Вернуться назад |