Главная > Dünya / Manset > Yer üçün ən təhlükəli səma cismi hansıdır?

Yer üçün ən təhlükəli səma cismi hansıdır?


16-08-2021, 16:01. Разместил: azadses
Astronomlar Bennu Yerətrafı asteroidini planetimiz üçün ən təhlükəli səma cismi olduğunu müəyyən ediblər.

Bu barədə “Icarus” elmi jurnalında dərc edilmiş məqalədə bildirilib.

Alimlər Yerüstü teleskopların və planetlərarası “Osiris-REx” stansiyasının köməkliyilə asteroidin planetimiz üçün təhlükə dərəcəsini araşdırıblar.

Məlum olub ki, 500 metr diametrə malik Bennu 2182-ci ilin sentyabr ayında Yerlə toqquşa bilər.

Palermo şkalasına görə, bu, ən yüksək astronomik təhlükə hesab olunur.


Вернуться назад