Главная > Dünya / Manset > İranda koronavirusun beşinci dalğasına görə beş günlük lokdaun elan edildi
İranda koronavirusun beşinci dalğasına görə beş günlük lokdaun elan edildi15-08-2021, 11:19. Разместил: azadses |
İranda koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən beş günlük lokdaun elan edilib, həmçinin əyalətlər arasında hərəkətə qadağa qoyulub. TASS-ın məlumatına görə, bu barədə respublikanın koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargahının rəsmi nümayəndəsi Alireza Raisi məlumat verib. Məlumata görə, bütün qurumlarda, ofislərdə və banklarda işlər dayanacaq. Qeyd edək ki, bu günə kimi İranda 4,4 milyon koronavirusa yoluxma halı aşkarlanıb. 97,2 min nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. Ümumilikdə 18,5 milyon insan peyvənd olunub. İyunun əvvəlindən bəri İranda yeni yoluxma hallarının artımı müşahidə olunur. İranın Səhiyyə naziri Səid Namaki iyulun 27 -də bildirib ki, ölkə koronavirusun yayılmasının beşinci dalğasının zirvəsindədir. Вернуться назад |