Главная > Dünya / Manset > Nigeriyada hər saatda 9 nəfər bu xəstəlikdən ölür

Nigeriyada hər saatda 9 nəfər bu xəstəlikdən ölür


11-08-2021, 15:27. Разместил: azadses
Nigeriyanın səhiyyə naziri Osaci Exanire ölkəsindəki qorxunc statistikanı açıqlayıb.

TRT xəbər verir ki, nazir Nigeriyada hər saatda 9 nəfərin malyariyadan öldüyünü bəyan edib.

Onun sözlərinə görə dünya üzrə hər 4 malyariya xəstəsindən biri Nigeriyadadır.

Exanire malyariyanın milli epidemiya səviyyəsinə çatdığını və xüsusən də azyaşlılar üçün təhlükələ olduğunu bildirərək, xəstəliyin hər iki dəqiqədə bir uşağın həyatına son qoyduğunu vurğulayıb.


Вернуться назад