Главная > Dünya / Manset > Qlobal istiləşmənin nüvə stansiyaları üçün təhlükəli olduğu ortaya çıxdı
Qlobal istiləşmənin nüvə stansiyaları üçün təhlükəli olduğu ortaya çıxdı11-08-2021, 10:58. Разместил: azadses |
Harvard Universitetinin alimi Əli Əhməd nüvə elektrik stansiyalarında baş verən qəzaların sayının artmasını qlobal istiləşmə ilə əlaqələndirib. Lenta.ru-nun məlumatına görə, o, bununla bağlı araşdırmalarını “Nature Energy” jurnalında dərc edib. Tədqiqatçı son 30 ildə iqlim dəyişikliyinin nüvə elektrik stansiyalarında qəzaların artmasının səbəblərindən biri olub-olmadığını təhlil edib. Nəticədə qlobal istiləşmənin müəssisələr üçün təhlükəli olduğu ortaya çıxıb. Əhmədin hesablamalarına görə, qurğuların istismarında uğursuzluqların tezliyi son on ildə bir reaktor başına düşən 0,2 qəzadan 1,5 -ə yüksəlib. Qeyd olunub ki, alim yalnız iqlim istiliyinin səbəb olduğu qəzaları göstərib, təbii fəlakətlər, o cümlədən zəlzələ və ya sunami səbəbiylə meydana gələn fasilələr nəzərə alınmayıb. Вернуться назад |