Главная > Dünya / Manset > Gürcüstanda açıq havada maska məcburiyyəti bərpa olunub
Gürcüstanda açıq havada maska məcburiyyəti bərpa olunub10-08-2021, 10:44. Разместил: azadses |
Avqustun 10-dan etibarən Gürcüstanda açıq havada maska taxmaq məcburiyyəti bərpa olunub. Bu barədə yerli KİV məlumat yayıb. Ölkənin operativ qərargahının rəhbəri Georgi Gibradze mətbuat konfransı zamanı bildirib ki, maska taxmaq məcburiyyəti yalnız beş nəfərdən artıq şəxslərin toplaşdığı açıq və qapalı məkanlara şamil olunur. Onun sözlərinə görə, yenilik bütün vətəndaşlara, o cümlədən vaksinasiyanı başa vurmuş şəxslərə də aid edilir. Gibradze qaydanı pozanların 20 ları (11 manat) cərimə olunacağını, qayda pozuntusunun təkrarlanacağı təqdirdə cərimə miqdarının da iki dəfə artacağını vurğulayıb. Qeyd edək ki, Gürcüstanda açıq məkanlarda maska taxmaq məcburiyyəti iyunun 22-də ləğv olunmuşdu. Son sutka ərzində qonşu ölkədə koronavirusa 2236 yeni yoluxma və bu virus səbəbindən 44 ölüm faktı qeydə alınıb. Вернуться назад |