Главная > Dünya / Manset > Olimpiya oyunlarına yeni idman növü daxil edilə bilər
Olimpiya oyunlarına yeni idman növü daxil edilə bilər10-08-2021, 08:25. Разместил: azadses |
Avstraliya Netbol Federasiyası bu idman növünün Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib. Bu barədə “ABC News” məlumat yayıb. “Netbolu dünyanın 80-dən çox ölkəsində 20 milyondan çox insan oynayır. Bu oyun Olimpiadada təmsil olunmağa layiqdir”, - deyə Avstraliya Netbol Federasiyasının baş direktoru Kelli Rayan vurğulayıb. Qeyd edək ki, netbol basketbola bənzər idman növüdür. İdmanın bu növündə topu əldə edən idmançıya hərəkət etmək qadağandır və hər idmançı topu səbətə ata bilməz. Netbol Avstraliyada ən populyar idman növüdür. Вернуться назад |