Главная > Dünya / Manset > Nyu-Yorkun qubernatorunun ən yaxın köməkçisi qalmaqal fonunda istefa verib

Nyu-Yorkun qubernatorunun ən yaxın köməkçisi qalmaqal fonunda istefa verib


9-08-2021, 18:11. Разместил: azadses
ABŞ-ın Nyu-York ştatının qubernatoru Endrü Kuomonun ən yaxın köməkçisi Melisa Deroza prokurorluq orqanlarının ştatın rəhbəri tərəfindən ayrı-ayrı şəxslərə qarşı cinsi zorakılıqlara dair sübutları tapmasından sonra istefaya gedib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Son 10 il boyunca Nyu-York sakinlərinə xidmət etmək mənim üçün şərəf idi”, - Deroza açıqlamasında qeyd edib: - “Şəxsən mənimçün son iki il emosional və psixoloji planda ağır idi. Mən həmişə bizim ştatımızın administrasiyasında bu qədər istedadlı və aydın məqsədli həmkarlarla işləmək imkanına görə minnətdar olacam".

“New York Post” qəzeti Derozanın qərarının ardınca ştat başçısının administrasiyasında digər vəzifəli şəxslərin də istefaya gedəcəklərini istisna etməyib.

Bir neçə gün əvvəl Nyu-Yorkda qubernatora qarşı aksiya keçirilib. Qubernatorun öz ofisində çalışanlar da, daxil olmaqla, 11 qadına cinsi zorakılıq etdiyi təsbit olunub.

Ötən il bir neçə qadının E.Koumoya qarşı cinsi zorakılıq ittihamları əsasında başlayan istintaq araşdırması nəticəsində prokurorluq onun təqsirkar olmasına qərar verib.

Araşdırmanın nəticələrini açıqlayan vəkil Letitia Ceyms ittihamların təsdiqini tapdığını, E.Kuomonun federal və ştat qanunlarını pozduğunu söyləyib.


Вернуться назад