Главная > Dünya / Manset > FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatıb
FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatıb8-08-2021, 14:06. Разместил: azadses |
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb. APA xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq. Qeyd edək ki, hazırda FHN-nin 710 şəxsi heyəti, 93 texnika, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınlarda fəaliyyət göstərir. Вернуться назад |