Главная > Dünya / Manset > Yaponiyaya doğru iki güclü tayfun hərəkət edir

Yaponiyaya doğru iki güclü tayfun hərəkət edir


8-08-2021, 10:43. Разместил: azadses
“Mirinae” (Koreya dilindən – “Süd Yolu”) və “Lupit” (Filippin dilindən tərcümədə - “amansız”) adlandırılan iki güclü tayfun Yaponiyaya doğru hərəkət edir.

TASS agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, “Mirinae” tayfunu sabahdan etibarən(səkkiz avqust) Yaponiyanın şərq sahillərinə yaxınlaşacaq və günortadan sonra Tokio və Tiba prefekturasının yanından keçərək şimal -şərqə doğru hərəkət edəcək.

“Lupit” qasırğası isə ölkəyə cənubdan yaxınlaşır və sabah axşam saatlarında Yaponiyanın üçüncü ən böyük adası Kyuşu çatacaq.

Sinoptiklərin bildirdiyinə görə, tayfun özü ilə güclü külək və rekord miqdarda yağış gətirəcək.


Вернуться назад