Главная > Dünya / Manset > Kanadada Katolik Kilsəsinin statusunun ləğvi üçün kampaniya başladıldı
Kanadada Katolik Kilsəsinin statusunun ləğvi üçün kampaniya başladıldı7-08-2021, 12:31. Разместил: azadses |
Kanadada Katolik Kilsəsinin xeyirxahlıq qurumu statusunun ləğvi üçün imzatoplama kampaniyasına start verilib. Bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, change.org portalı vasitəsilə açılan petisiyaya artıq minlərlə insan qoşulub. Kampaniyanın başladılımasına səbəb isə Kilsənin internat məktəbləri məsələsindəki mövqeyi olub. Qeyd edək ki, son aylarda Kanadanın müxtəlif bölgələrində Kilsənin nəzarəti altında olan internat məktəblərinin yaxınlığında minlərlə azyaşlının dəfn edildiyi kütləvi məzarlıqlar aşkar olunub. Ölkənin yerli aborigenlərinin dəfn edildiyi uşaq qəbristanlıqları ictimaiyətdə ciddi narazılıq yaradıb. Kanadanın Baş naziri Castin Trüdo baş verənləri ölkə tarixinin ən qaranlıq və rüsvayçı səhifələri adlandırıb. Вернуться назад |