Главная > Dünya / Manset > Əfqanıstanda müdafiə nazirinin evinə basqın edənlər məlum olub
Əfqanıstanda müdafiə nazirinin evinə basqın edənlər məlum olub5-08-2021, 17:31. Разместил: azadses |
Əfqanıstan müdafiə nazirinin evinə edilən hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb. Bu barədə “Tolo News” xəbər verib. Bir gün əvvəl naməlum şəxslər Əfqanıstan hərbi qurumunun rəhbəri Bismilla Xan Məhəmmədi və parlamentin aşağı palatasının deputatı Əzim Bağlaninin Kabildəki evlərinə giriblər. Hücum zamanı Bismilla Məhəmmədi evdə olmayıb, onun ailəsi isə vaxtında təxliyə edilib. Son məlumatlara görə basqında səkkiz nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Вернуться назад |