Главная > Dünya / Manset > Bayden “peyvənd olunmayanların pandemiyası” haqda danışdı
Bayden “peyvənd olunmayanların pandemiyası” haqda danışdı5-08-2021, 15:02. Разместил: azadses |
ABŞ Prezidenti Co Bayden ABŞ-da COVID-19-un dalğasını faciə adlandırıb. Bu barədə “RİA Novosti” məlumat yayıb. “Ekspertlər bu dalğanın qarşısını almağın mümkün olduğu faciə adlandırırlar və onlar vəziyyətin yaxşılaşmağa başlamazdan əvvəl daha da pisləşəcəyini deyirlər”, - deyə Ağ Ev rəhbəri bildirib. Dövlət başçısı hazırda ölkədə “peyvənd olunmayanların pandemiyası” olduğunu qeyd edib. Bayden koronavirusa qarşı peyvənd edilənlərin nadir hallarda xəstələndiyini və demək olar ki, xəstəxanaya düşmədiklərini vurğulayıb. “Əhalisinin aşağı peyvənd nisbətləri olan ştatlarda koronavirus infeksiyasına yoluxma halları 10-20 dəfə çoxdur. Bu sanki peyvənd oluynmayanlar arasında yanğın kimidir”, - deyə Bayden xəbərdarlıq edib. Вернуться назад |