Главная > Dünya / Manset > Bayden koronavirusla bağlı qlobal sammit keçirməyi planlaşdırır
Bayden koronavirusla bağlı qlobal sammit keçirməyi planlaşdırır4-08-2021, 16:04. Разместил: azadses |
ABŞ Prezidenti Co Bayden koronavirusla bağlı ilk qlobal sammiti keçirməyi planlaşdırır. Bu barədə “Axios” müzakirələrlə tanış olan mənbələrə istinadən xəbər verib. BMT Baş Assambleyası çərçivəsində onlayn formatda keçiriləcək tədbirdə COVID-19 pandemiyasına son qoyulması və gələcək pandemiyalara hazırlıq məsələləri müzakirə olunacaq. Sammit dünyada “delta” ştammlarına yoluxmaların kəskin artması ilə əlaqədar Beynəlxalq ictimaiyyəti bir araya gətirmək, həmçinin peyvəndlərin paylanılması və xalq sağlamlığı qaynaqları öhdəliklərini gücləndirmək məqsədi daşıyır. Bayden digər milli liderlər, beynəlxalq təşkilatlar, xeyriyyə təşkilatları və qeyri-hökumət təşkilatları ilə birlikdə tədbirə qatılacaq. Hazırda prezident administrasiyası səviyyəsində müzakirələr aparılır. Вернуться назад |