Главная > Dünya / Manset > “Titanik” muzeyində faciə: Aysberq ziyarətçilərin üzərinə düşdü

“Titanik” muzeyində faciə: Aysberq ziyarətçilərin üzərinə düşdü


4-08-2021, 13:45. Разместил: azadses
ABŞ-ın Tennessi ştatında yerləşən “Titanik” muzeyində aysberqi təsvir etmək üçün hazırlanmış divarın çökməsi nəticəsində üç nəfər xəsarət alıb.

Bu barədə məlumat muzeyin “Facebook” səhifəsində dərc edilib.

Məlumatda qeyd olunur ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, onların aldığı xəsarətin nə qədər ciddi olması hələlik məlum deyil.

Hazırda “Titanik” muzeyi ziyarətçilərin üzünə bağlanıb.

İnsidentin təfərrüatları araşdırılır.


Вернуться назад