Главная > Dünya / Manset > Rusiyada Su-35 qırıcısı qəzaya uğrayıb

Rusiyada Su-35 qırıcısı qəzaya uğrayıb


1-08-2021, 09:59. Разместил: azadses
Rusiyanın çoxməqsədli yüksək manevr qabiliyyətli Su-35 qırıcısı qəzaya uğrayıb.

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, təyyarə Xabarovsk diyarında Dzemqi aeroportundan havaya qalxıb. Uçuşun başlamasından 4 dəqiqə sonra pilot katapult edib, təyyarə isə Saxalinə doğru hərəkət etməyə davam edib. Daha sonra Su-35 Oxot dənizi akvatoriyasında qəzaya uğrayıb.

Hadisə nəticəsində dağıntılar qeydə alınmayıb, xəsarət alan yoxdur.


Вернуться назад