Главная > Dünya / Manset > Avropada təbii qazın qiymətində yeni rekord qeydə alınıb

Avropada təbii qazın qiymətində yeni rekord qeydə alınıb


30-07-2021, 09:33. Разместил: azadses
Avropada mavi yanacağın qiyməti artmaqda davam edir.

“İnterfaks Ukrayna” məlumat verir ki, sentyabr fyuçerslərinin dəyəri artıq hər min kubmetrə görə 510 dollara çatıb ki, bu da 2018-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək qiymətdir.

Qeyd edək ki, dünən Asiya birjalarında da təbii qazın sentyabr ayı üçün olan qiyməti xeyli artaraq 539 dollaradək yüksəlib. 2022-ci ilin fevral fyuçersləri isə 594 dollar/1000 kubmetr təşkil edib.

Analitiklər Avropa ticarət meydançalarındakı qiymət artımını Asiya trendinin davamı olaraq dəyərləndirirlər.


Вернуться назад