Главная > Dünya / Manset > Parisin məşhur zərgərlik mağazasından iki milyon avro dəyərində oğurluq
Parisin məşhur zərgərlik mağazasından iki milyon avro dəyərində oğurluq29-07-2021, 19:02. Разместил: azadses |
Parisin məşhur “Chaumet” zərgərlik mağazası naməlum şəxs tərəfindən qarət edilib. “Le Parisien” nəşri bu barədə polisdəki mənbələrinə istinadən xəbər yayıb. Belə ki, yerli vaxtla saat 17:00 radələrində silahlı şəxs zərgərlik mağazasına daxil olaraq qızıl-zinət əşyalarını oğurlayıb və skuterlə hadisə yerindən uzaqlaşıb. İlkin məlumata əsasən, cinayətkar iki milyon avro(dörd milyon manat) dəyərində zinət əşyaları oğurlayıb. Hazırda cinayətkarın axtarışları aparılır. Вернуться назад |