Главная > Dünya / Manset > ABŞ Dövlət Departamentində nasist işarəsi tapılıb

ABŞ Dövlət Departamentində nasist işarəsi tapılıb


29-07-2021, 18:21. Разместил: azadses
ABŞ Dövlət Departamentinin binasında nasizmin rəmzi sayılan svastika işarəsi tapılıb.

“Axios” xəbər verir ki, işarə qurumun Antisemitizmə qarşı Mübarizə İdarəsinin ofisi yaxınlığındakı liftin divarında aşkar olunub.

Artıq bütün əməkdaşlara vandalizm aktının pislənməsilə bağlı xəbərdarlıq göndərilib.

Faktla bağlı daxili araşdırma aparılır.


Вернуться назад