Главная > Dünya / Manset > Fransada koronavirusa görə ictimai yerlərdə spirtli içkiyə qadağa qoyuldu
Fransada koronavirusa görə ictimai yerlərdə spirtli içkiyə qadağa qoyuldu28-07-2021, 12:11. Разместил: azadses |
Fransada koronavirusa yoluxmada artım səbəbi ilə Aşağı Reyn (Bas-Rhin) departamentində ictimai yerlərdə spirtli içki satışı və istifadəsi qadağan edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Hər 100 min nəfərə 147 yoluxma düşən vilayətdə qaldırılan maska taxmaq məcburiyyəti 17 iyun tarixindən yenidən bərpa edilib. Vilayət rəhbərliyindən bildirilib ki, epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə bar və restoranlar 23.00-da bağlana bilər. Daha əvvəl Dənizkənarı Alplar departamentində (Alpes-Maritimes) də ictimai yerlərdə spirtli içki satışı və qəbulu qadağan edilib. Qeyd edək ki, son 24 saatda Fransada 5 307 yoluxma aşkarlanıb. Вернуться назад |