Главная > Dünya / Manset > Britaniya ordusuna qarşı iddia qaldırıldı
Britaniya ordusuna qarşı iddia qaldırıldı28-07-2021, 09:47. Разместил: azadses |
Keniyanın Nanyuki şəhərində bir qrup lobbiçi və minə yaxın yerli sakin Britaniya ordusuna qarşı iddia qaldırıb. Onlar iddia edir ki, Britaniya ordusunun hərbi manevri əsnasında qoruqda dağıdıcı yanğın meydana gəlib. Bu barədə BBC xəbər yayıb. Mart ayında britaniyalıların təlimləri Keniya qoruğunda genişmiqyaslı yanğınla başa çatmış, ixtisaslaşmış xidmət orqanları isə uzun müddət yanğının öhdəsindən gələ bilməmişdi. Yanğının rəsmi səbəbi isə açıqlanmayıb. Bir ay əvvəl Nanyukidən səkkiz kilometr məsafədə, Britaniya hava bazasında yeni qərargahın və təlim mərkəzinin açılışı olub. Televiziya və radio şirkətinin verdiyi məlumata görə, yerli sakinlər yanğının azı dörd gün davam etdiyini və indiyədək görünməmiş hadisə olduğunu deyiblər. Məhkəmədə iddiaçı tərəf bildirib ki, təlimlər həm insanların təmiz və sağlam ətraf mühitini, həm də təhlükəsiz hərbi təlim standartlarını pozub. Eyni zamanda, səs-küydən və yanğından qaçan vəhşi heyvanlar evləri zəbt edib, məhsulu məhv ediblər. Onlar Britaniya ordusunun və ətraf mühiti mühafizə orqanlarının məsuliyyətə cəlb edilməsini istəyirlər. Вернуться назад |