Главная > Dünya / Manset > “Yuventus” 19 yaşlı braziliyalı hücumçunu transfer edəcək

“Yuventus” 19 yaşlı braziliyalı hücumçunu transfer edəcək


27-07-2021, 16:38. Разместил: azadses
“Yuventus” Braziliyanın “Santos” klubunun 19 yaşlı hücumçusu Kayo Jorjeni Turinə gətirməyə yaxındır.

Bu barədə idman jurnalisti Djanluidji Lonqari öz “Twitter” hesabında yazıb.

Mənbə iddia edir ki, “Yuventus” artıq həm futbolçunun özü, həm də agenti ilə müqavilə ilə bağlı razılığa gəlib.

Turin klubu “Santos”a rəsmi müraciət ünvanlayaraq müqaviləsi bu ilin dekabrında bitəcək futbolçunun transferi ilə bağlı danışıqlara hazır olduqlarını bildir.


Вернуться назад