Главная > Dünya / Manset > Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb

Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb


26-07-2021, 15:21. Разместил: azadses
Rusiyada COVID-19 qurbanlarının sayında ardıcıl beşinci həftədir ki, rekord qeydə alınıb.

Bu barədə TASS məlumat verib.

Məlumata əsasən, son 7 gün ərzində ölkədə 5455 nəfər koronavirus səbəbindən vəfat edib ki, bu da pandemiyanın başlanmasından bəri ən yüksək həftəlik göstəricidir.

Həmçinin, həftə ərzində ölkədə virusdan ölüm əmsalı da yüksələrək 2.51%-ə çatıb.

Xəstəliyin başlıca ocağı isə paytaxt Moskva olaraq qalır.


Вернуться назад