Главная > Dünya / Manset > Bolqarıstan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu
Bolqarıstan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu25-07-2021, 17:03. Разместил: azadses |
Bolqarıstan iyulun 26-dan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa tətbiq edəcək. “Novosti-Qruziya” xəbər verir ki, bu barədə Gürcüstanın Bolqarıstandakı Səfirliyi məlumat yayıb. Bildirilir ki, iyulun 26-dan etibarən Gürcüstanda koronavirusa yoluxma halının artması ilə əlaqədar ölkə vətəndaşları Bolqarıstan ərazisinə daxil ola bilməyəcəklər. Bununla bağlı Bolqarıstan Səhiyyə Nazirliyi qərar qəbul edib. Bu qərar Gürcüstandan gələn Bolqaristan vətəndaşlarına və onların ailə üzvlərinə şamil edilmir. Qeyd edilir ki, karantin məhdudiyyətlərinə baxmayaraq Bolqarıstanda turizm mövsümu davam edir. Вернуться назад |