Главная > Dünya / Manset > Moskvada yoluxmanın pik həddi geridə qaldı

Moskvada yoluxmanın pik həddi geridə qaldı


24-07-2021, 13:58. Разместил: azadses
Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxma pik həddi geridə qoyub.

“İzvestiya” xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Moskvada yoluxma artıq beşinci həftədir ki, azalmağa doğru gedir. Bundan əlavə, şəhərdə gündəlik təxminən 90 min sakinə virusa qarşı peyvənd edilir.

Rusiyada yoluxmaya görə ilk yerdə olan Moskvada ötən sutka ərzində 3 425 nəfərdə koronavirus müəyyən edilib. Şəhərdə ümumilikdə 1 481 296 yoluxma faktı aşkarlanıb, 1 319 555 nəfər sağalıb, 24 898 nəfər ölüb.


Вернуться назад