Главная > Dünya / Manset > ABŞ-da onlarla pedofil saxlanılıb

ABŞ-da onlarla pedofil saxlanılıb


18-07-2021, 19:01. Разместил: azadses
ABŞ-ın Arizona ştatının Feniks şəhərində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində 40 nəfər uşaqlara qarşı seksual xarakterli hərəkətlərə görə həbs edilib.

Bu barədə “Ktar News” yerli polisə istinadla məlumat yayıb.

Qeyd edilir ki, həmin şəxslər 20-64 yaş aralığındadırlar.

Onlar seksual istismar məqsədi ilə uşaq alveri, yetkinlik yaşına çatmayanlara qarşı seksual xarakterli hərəkət, çirkli pulların yuyulması və narkotik maddələrin gizlədilməsində ittiham olunurlar.


Вернуться назад