Главная > Dünya / Manset > Çində “Sinofarm” peyvəndinin üç yaşdan təcili istifadəsi təsdiqləndi

Çində “Sinofarm” peyvəndinin üç yaşdan təcili istifadəsi təsdiqləndi


18-07-2021, 14:55. Разместил: azadses
Çində “Sinofarm” peyvəndinin üç yaşdan 17 yaşadək uşaqlar üçün təcili istifadəsi təsdiqlənib.

Bu barədə şirkətin saytında yer alan məlumatda bildirilir.

ÜST tərəfindən təhlükəsiz və təsirli kimi təsnif edilən “Sinofarm” 45 ölkədə böyüklərdə peyvənd üçün təsdiqlənmiş ilk Çin dərmanıdır.

ÜST-ün hesabatında qeyd edilir ki, bir sıra ölkələrdə III faza klinik sınaqlarında peyvəndin effektivliyi iki dozadan sonra 78,1 % olub. Xəstəxanaya yerləşdirməyin qarşısını alma effektivliyi 78,7 % təşkil edib. Əksər yan təsirlərin yüngül və orta dərəcədə olduğu qeyd edilir, bunlar da əsasən inyeksiya yerindəki ağrı, baş ağrısı və yorğunluqdur.

Dərmanın 18-59 yaş qrupunda təsirli olduğu sübut edilib ki, bu da ÜST-dən təsdiq üçün səbəb olub.


Вернуться назад