Главная > Dünya / Manset > ÜST COVID-19-un uşaqlar arasında nəticələrini “fəlakətli” adlandırdı

ÜST COVID-19-un uşaqlar arasında nəticələrini “fəlakətli” adlandırdı


16-07-2021, 14:47. Разместил: azadses
Koronavirus pandemiyası səbəbindən keçən il dünyada təxminən 23 milyon uşaq rutin vaksinasiyadan keçməyib, bu isə qızılca, poliomielit və digər qarşısı alına bilinən xəstəliklərin yayılmasına səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun bununla bağlı açıqlamaları UNICEF-in saytında dərc olunub.

Məlumata görə, COVID-19 pandemiyası uşaqların vaksinasiyasında ciddi bir azalmaya səbəb olub, bu isə təşkilatın işini on ildən çox müddətə geri saıb.

Bundan başqa “sıfır doza” olan uşaqların sayında (bir dəfə belə vaksinasiyadan keçməyən) həyəcan verici bir artım var. Onların sayı 13,6 milyondan (2019-cü il) 17,1 milyona yüksəlib. Belə uşaqların çoxu müharibə gedən ölkələrdə və ya gecəqondularda yaşayanlardır.

ÜST-ün məlumatına görə, qızılca beş yaşınadək uşaqlarda ölümcül ola bilər, poliomielit isə (sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlik) uşaqları ömürlük şikəst edə bilər. Bu xüsusilə zəif səhiyyə sistemi olan Afrika və Asiya ölkələrində müşahidə edilir.

Hindistan, Nigeriya və dünyanın digər səkkiz ölkəsində 22,7 milyon uşaq difteriya, tetanus və göyöskürək kimi ölümcül xəstəliklərdən vaksinasiya olunmayıb, yaxud natamam peyvənd alıb.

Əfqanıstan, Mali, Somali və Yəmən kimi “qaynar nöqtələrdə” isə qızılca epidemiyası qeydə alınıb.


Вернуться назад