Главная > Dünya / Manset > İtaliyada kriptovalyuta birjası qadağan olundu

İtaliyada kriptovalyuta birjası qadağan olundu


16-07-2021, 08:02. Разместил: azadses
İtaliyanın birja tənzimləyici orqanı “Binance Group” adlı şirkətin ölkədə investisiya və digər fəaliyyətlər həyata keçirməsini qadağan edib.

Bu barədə “Euronews” məlumat yayıb.

Beləliklə də, İtaliya dünyanın ən böyük kriptovalyuta bazarının ölkə daxilindəki işinə qadağa qoyan növbəti dövlət olub.

Qeyd edək ki, indiyədək Britaniya, Yaponiya, Çin, Tayland, ABŞ və Almaniya kimi ölkələrdə “Binance” platformasının fəaliyyəti tam və ya qismən qadağan edilib.


Вернуться назад