Главная > Dünya / Manset > Qazaxıstanda fitnes zalı, kinoteatrı və qazax dili kabineti olan “morq” inşa ediləcək

Qazaxıstanda fitnes zalı, kinoteatrı və qazax dili kabineti olan “morq” inşa ediləcək


15-07-2021, 09:37. Разместил: azadses
Qazaxıstanın Uralsk şəhərində müasir “morq” inşa olunacaq.

Nur.kz məlumat verir ki, müvafiq tender elanı dövlət satınalmaları saytında dərc edilib.

2022-ci ildə hazır olacaq kompleks 3.5 min kvadrat metr sahəni əhatə edəcək. Burada patoloji anatomiya şöbəsilə yanaşı, fitnes zalı, ev kinoteatrı və musiqi mərkəzilə təchiz olunmuş istirahət otağı, həmçinin qazax dili kabineti də olacaq.

Layihənin dəyəri 1.2 milyard tenqedir (təxminən 4.8 milyon manat).


Вернуться назад