Главная > Dünya / Manset > İspaniyada COVID-19-la bağlı bəzi məhdudiyyətlər Konstitusiyaya zidd hesab olundu
İspaniyada COVID-19-la bağlı bəzi məhdudiyyətlər Konstitusiyaya zidd hesab olundu15-07-2021, 08:58. Разместил: azadses |
İspaniyanın Konstitusiya Məhkəməsi evdə özünütəcrid rejimini ölkənin əsas qanununa zidd hesab edib. Bu barədə “El Periodico” məlumat yayıb. Qeyd olunur ki, söhbət ötən ilin yazında tətbiq olunan karantin məhdudiyyətindən gedir. Hakimlər hesab ediblər ki, vətəndaşların hərəkətinə qadağa qoyulması üçün hakimiyyət əvvəlcə fövqəladə vəziyyət rejimi tətbiq etməli idi. “Yüksək hazırlıq rejimi vətəndaşların hüquqlarını məhdudlaşdırmaq üçün kifayət deyildi”, - deyə məhkəmədən bildirilib. Qərar onu deməyə əsas verir ki, pandemiya zamanı sözügedən qadağanı pozduqları üçün cərimə olunanların cərimələri silinə bilər. Вернуться назад |