Главная > Dünya / Manset > “BioNTech” yüz günə yeni peyvənd yaratmağa hazır olduğunu açıqlayıb
“BioNTech” yüz günə yeni peyvənd yaratmağa hazır olduğunu açıqlayıb13-07-2021, 08:54. Разместил: azadses |
Almaniyanın “BioNTech” şirkətinin rəhbərliyi yeni koronavirus ştamlarına qarşı yüz gün ərzində peyvənd hazırlamağa hazır olduğunu açıqlayıb. Bu barədə “BioNTech”in baş direktoru Uğur Şahin və Tibbi Araşdırmalar direktoru Özlem Türeci Fransfnın ECO qəzetinə verdiyi müsahibədə bildirib. U.Şahinin sözlərinə görə, şirkətdə effektivliyini artıq sübut etmiş və ehtiyac yaranarsa, 100 gün ərzində yeni peyvənd yaratmağa imkan verən bütün texnologiyalar mövcuddur. Bununla belə, o, preparatın istifadəyə verilməzdən əvvəl tənzimləyici orqanlar və müvafiq dövlət qurumları tərəfindən sınaqdan keçirilməli olduğunu bildirib. Mövcud “BioNTech” peyvəndinin yeni koronavirus ştamlarına qarşı təsirli olub olmadığı soruşulduqda isə mütəxəssislər onun matrisa-RNT texnologiyasından istifadə edərək yeni şərtlərə uyğunlaşdırılmalı olduqlarını qeyd ediblər. Türecinin sözlərinə görə, onkoloji tədqiqatlar zamanı bu texnologiya artıq dəfələrlə sınaqdan keçirilib. “Bunun üçün orijinal virusun sünbül zülalının genetik kodunu peyvənddəki yeni koronavirus ştammının kodu ilə əvəz etmək lazımdır”, - deyə Türeci izah edib. O, bu metodun hazırda “delta” ştammı ilə işləmək üçün istifadə edildiyini vurğulayıb: “Peyvənd testi üçün matrisa-RNT-nin ilk partiyası artıq hazırdır. Klinik sınaqların avqust ayında başlaması planlaşdırılır”. U.Şahin isə şirkətin əvvəllər yaratdığı peyvəndin yeni koronavirus ştamlarından qoruya biləcəyini təyin etmək üçün vaksinasiyadan keçən insanların qan zərdabını araşdırıldığını bildirib. Onun sözlərinə görə, artıq 30 ştamda testlər aparılıb və peyvənd onların əksəriyyətinin öhdəsindən gələ bilib. Bununla birlikdə, alim bir sıra ştamlarda anticisimlərin aktivliyinin bəzən 2-3 dəfə aşağı olduğunu qeyd edib. Qeyd edək ki, iyulun 9-da “Pfizer” və “BioNTech” ABŞ və Avropa tənzimləyicilərindən üçüncü – “gücləndirici” peyvənd dozası üçün təsdiq almaq niyyətində olduqlarını açıqlayıblar. Alimlər, yüksək səviyyədə qorunma təmin etmək üçün tam vaksinasiyadan sonra 6-12 ay ərzində üçüncü bir dozaya ehtiyac ola biləcəyi qənaətinə gəldiklərini bildiriblər. Вернуться назад |