Главная > Dünya / Manset > 77 nəfərin qatili 7 milyon fint-sterlinq qazana bilər

77 nəfərin qatili 7 milyon fint-sterlinq qazana bilər


12-07-2021, 14:07. Разместил: azadses
Norveçli radikal sağçı Anders Breyvik 20 kinematoqrafçıya məktub göndərib.

“The Sun” nəşri xəbər verir ki, 77 nəfərin həyatına son qoymuş qatil onun həyatı barədə film çəkmək və avtobioqrafik kitab çap etməyi təklif edib.

Cinayətkar özünün yazdığı ssenari və kitabın müəlliflik hüquqlarını 7 milyon fint-sterlinqə satmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, hazırda həbsxana həyatı yaşayan 42 yaşlı Breyvik 2011-ci ilin iyulun 22-də Oslonun mərkəzindəki parkda 8, Norveç Fəhlə Partiaysının gənclər düşərgəsində isə 69 nəfəri öldürüb. Əməlini Norveç mədəniyyətinin xilası ilə əsaslandıran qatil 21 il həbs cəzası alıb.


Вернуться назад