Главная > Dünya / Manset > Haitinin öldürülən prezidentinin arvadı ilk dəfə danışdı: “Onun arzularını öldürdülər”

Haitinin öldürülən prezidentinin arvadı ilk dəfə danışdı: “Onun arzularını öldürdülər”


11-07-2021, 15:29. Разместил: azadses
Haitinin öldürülən prezidenti Jovenel Moizin həyat yoldaşı Martine Moiz dəhşətli hadisədən sonra ilk dəfə açıqlama verib.

Bu barədə “Haiti 24” telekanalı yazıb.

“Mən sağam, lakin həyat yoldaşımı itirmişəm. Muzdlular prezidenti öldürdü, digər muzdlular isə onun arzularını və ölkəyə baxışını öldürdülər”, - deyə M.Moiz bildirib.


Вернуться назад