Главная > Dünya / Manset > Fransada İslama qarşı hücumlar 52% artıb
Fransada İslama qarşı hücumlar 52% artıb10-07-2021, 08:01. Разместил: azadses |
İnsan Haqları üzrə Milli Məşvərət Komissiyasının irqçilik, anti-semitizm və milli dözümsüzlüyünə dair yayımladığı sayca 30-cu hesabatında Fransada İslam düşmənçiliyinin kəskin şəkildə artdığı bildirilib. Bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata əsasən, mart ayında keçirilmiş onlayn sorğuya qatılan ölkə sakinlərinin 59%-i İslamı fransız kimliyinə təhdid olaraq qiymətləndirib. Respondentlərin 72%-i miqrantların yalnız sosial müdafiə mexanizmlərindən faydalanmaq üçün Fransaya gəldiklərini qeyd edib. Hesabatda son iki ilin yekunları müqayisə olunaraq, irqçilik zəminində baş vermiş insidentlərin 22%, anti-semitizm səbbindən yaşanan hadisələrin isə 51% azaldığı, əvəzində İslama qarşı yönəlik fəaliyytlərin 52% artdığı bildirilib. Вернуться назад |