Главная > Dünya / Manset > 59 yaşlı yaponiyalı valideynlərini öldürüb cəsədlərini soyuducuda gizlətdi

59 yaşlı yaponiyalı valideynlərini öldürüb cəsədlərini soyuducuda gizlətdi


8-07-2021, 18:04. Разместил: azadses
Yaponiyanın Fukuoka şəhərində valideynlərini qətlə yetirən 59 yaşlı kişi saxlanılıb.

Xəbəri “Japan Today” dərc edib.

Yaşlı cütlüyün çürümüş cəsədləri onların yaşadığı evin soyuducusundan tapılıb.

Qohumları bir müddət onlardan xəbər ala bilmədiklərinə görə hüquq-mühafizə orqanlarına müraciət ediblər.

88 yaşlı Xirokadzu Masumoto və onun 87 yaşlı həyat yoldaşı Maki Masumotonun cəsədini cərəyandan ayrılmış soyuducudan tapıblar.

İlkin müayinə zamanı cəsədlərdə xarici zədələrin olmadığını aşkar edilib.

İstintaq hadisənin motivini və cinayətin detallarını araşdırır.


Вернуться назад